Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Şöhrət
İbrahim Həsənov 18 yanvar 2004-cü ildə Bülbülə qəsəbəsində anadan olmuşdur. Bakı şəhəri, 327 saylı orta məktəbi bitirib. Ailəli və bir oğul atası idi.
Azərbaycan Ordusunun əsgəri İbrahim Həsənov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Bülbülə qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Həsənov İbrahim Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Mərd, cəsur insan idi.
Ata: Həsənov Şöhrət İsmayıl oğlu Ana: Həsənova Kəmalə Novruz qızı Həyat yoldaşı: Kamilova Aytac Asif qızı Oğlu: Həsənov İsmayıl İbrahim oğlu