Həsənov Kənan Zirəddin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həsənov Kənan Zirəddin

Ata adı: Zirəddin

🐣
Doğum — Göygöl Şəhriyar kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Kənan Zirəddin oğlu Həsənov 2001-ci ildə ildə Göygöl rayonunun Şəhriyar kəndində anadan olub.

Kənan 2007-ci ildə Lətif Məhərrəmov adına Göygöl rayon Şəhriyar kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunub, 2018-ci ildə həmin məktəbin XI sinfini bitirib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Azərbaycan Ordusunun əsgəri Kənan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başladılan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib, şücayətlə döyüşüb. Oktyabrın 12-si Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın işğal altındakı torpaqlarının mənfur düşməndən xilas edilməsi uğrunda Kənan da vətənpərvər oğul kimi canından keçdi, şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kənan Həsənov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə, “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, mehriban insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göygöl rayonu, Şəhriyar kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Həsənov Zirəddin Nazim oğlu Ana: Həsənova Qızılgül Tapdıq qızı Bacı: İsgəndərova Kənanə Zirəddin qızı Bacı: Həsənova Kəmalə Zirəddin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər