Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Akif
Həsənov Kərəm Akif oğlu 01 yanvar 1996-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhəri 39 saylı orta məktəbdə təhsil aldıqdan sonra təhsilini Cəmşid Naxçivanski adına Hərbi liseydə davam etdirmişdir. Liseydən məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, "Baş leytenant" hərbi rütbəsinə qədər yüksəlmişdir.
İkinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak etmiş, “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdi.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Həsənov Kərəm Akif oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Həsənov Kərəm Akif oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ailəli idi, Vətənə yadigar 1 övladı qalmışdır.
Şəhid Baş leytenant Həsənov Kərəm Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Gülərüz, mehriban, ailəcanlı, qohumcanlı, mərhəmətli, zəhmətsevər, cəsur, vətənpərvər, igid, qorxmaz birisi olub.
Ata: Həsənov Akif Kərəm oğlu Ana: Həsənova Mənsurə Rəsul qızı Həyat yoldaşı: Həsənova Nərmin Saday qızı Qızı: Həsənova Ruqəyyə Kərəm qızı Bacı: Həsənova Aysel Akif qızı