Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Rahim
Maarif Rahim oğlu Həsənov 1999-cu il noyabr ayının 19-da Göyçay rayonunda anadan olub.
2020-ci il sentyabr ayının 29-da qismən səfərbərlik haqqında sərəncama əsasən, Maarif Həsənov Vətən müharibəsinə yollanıb.Maarif təxminən 7 ay əvvəl həqiqi hərbi xidmətdən qayıtmışdı. Oktyabr ayının 12-dən ailəsi Maarifdən xəbər ala bilməyib. Nəhayət, 35 gündən sonra Maarif Rahim oğlu Həsənovun 2020-ci il noyabrın 17-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olması xəbəri gəlib. Öz komandiri ilə şiddətli döyüşdən geri dönərkən gözlənilmədən 7 nəfər erməni əsgəri ilə qarşılaşan Maarif özünü itirmir və əlindəki qumbara ilə 4 ermənini məhv edir. Sağ qalan 3 ermənidən biri Maarifə atəş açır və o, həlak olur. Maarifin komandiri isə qalan 3 ermənini öldürür, özü isə ağır yaralanır. Sonradan hərbi xəstəxanada müalicə olunarkən Maarifin valideynlərinə zəng edərək Maarifin onun həyatını xilas etdiyini bildirir və belə igid, qeyrətli, vətənpərvər oğul böyütdüklərinə görə onlara ürəkdən təşəkkür edir. Maarif Həsənov Göyçay rayonunda Şəhidlər Xiyabanında dəfn edilib.
Maarif Rahim oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medallları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Maarif Rahim oğlu Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailə üzvləri bildiri ki, dəcəl olsada çox vətənpərvər idi, vətənpərvər ruhda böyüyüb. Həyat dolu uşaq idi, hər kəsin istəyini qazanmışdı. Şirin dili vardı, hər kəsi özünə cəlb edə bilirdi. Qohumlar, dostlar, ətrafında hamının hörmətini qazamışdı. Gözəl zarafatları vardı, heç kəsin xətrinə dəyməzdi. Arzuları çox idi .
Ata: Həsənov Rahim Maarif oğlu Ana: Həsənova Nəzakət Tahir qızı Qardaş: Həsənov Mərdan Rahim oğlu