Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ramil
Şəhid Məharət Ramil oğli Həsənov 1987-ci ilin oktyabrın 25-də Şirvan şəhərində anadan olub. 1994-cü ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2002-ci ildə 9-cu sinfi bitirən Məharət Həsənov bir müddət İdman Kollecində oxusa da, təhsilini davam etdirməyib.
2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib. 2007-ci ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra yeniyetməlik dövründən məşğul olduğu bərbərliyi özünə daimi peşə seçib.
2013-cü ilin aprel ayında ailə həyatı qurur.
Dörd dəfə könüllü olaraq müraciət edən Məharət Həsənov, nəhayət sentyabrın 29-da döyüşə yollanır. Bu dəfə də manqa komandiri kimi Vətənin müdafiəsinə qoşulur, əsgərləri ilə birlikdə düşmənin canlı qüvvəsinin və döyüş sursatlarının məhv edilməsində iştirak edir. Döyüş yoldaşlarının dediyi kimi, yaralı əsgərləri döyüş zonasından çıxarır. Yoldaşları nə qədər israr etsə də, yaralanmağına baxmayaraq özü döyüşü tərk etmir. Son damla qanına, axır nəfəsinə qədər döyüşərək oktyabrın 15-də şəhadət məqamına yüksəlir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülüb.
Məharət mərd və vətənpərvər oğul idi. Ailəsini çox sevirdi.
Ata: Həsənov Ramil Əlimuxtar oğlu Ana: Həsənova Xurma Şahbəsən qızı Oğlu: Həsənov Ramil Məharət oğlu