Həsənov Nemət Süleyman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həsənov Nemət Süleyman

Ata adı: Süleyman

🐣
Doğum — Saatlı Cəfərxan kəndi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Saatlı Cəfərxan kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nemət Süleyman oğlu Həsənov 1996-cı il yanvarın 28-i Saatlı rayonunun Cəfərxan kəndində anadan olub.

Torpaqlarımızın işğalı ilə barışmayan Nemət 30 illik intizara son verənlərdən biri olmaq üçün II Qarabağ savaşlarına qatılıb. O, Vətən müharibəsinin gedişində oktyabrın 22-i Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhidliyə ucalıb.

Şəhid Nemət Süleyman oğlu Həsənov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhid Nemət Süleyman oğlu Həsənov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Şəhidimiz, həmçinin Qubadlının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə də təltif edilib.

Nemət Süleyman oğlu Həsənov, bundan əlavə Cəbrayılın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə də Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nemət Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Uşaqlıqdan ailə üzvülərinə qarşı xüsusi istəyi ilə seçilib, səmimi bir insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Saatlı rayonu, Hicran Əliyev adına Cəfərxan kənd orta məktəbi
İş Yeri Fərdi təsərrüfat
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Abasov Süleyman Səlim oğlu Ana: Həsənova Ağbəniz Həsən qızı Bacı: Həsənova Gözəl Süleyman qızı Qardaş: Həsənov Rəşad Süleyman oğlu Qardaş: Həsənov Elnur Süleyman oğlu Qardaş: Həsənov Nahid Süleyman oğlu Həyat yoldaşı: Həsənova Elnarə Şahin qızı Oğlu: Həsənli Süleyman Nemət oğlu Qızı: Həsənli Aycan Nemət qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər