Həsənov Novruz Cumalı
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həsənov Novruz Cumalı

Ata adı: Cumalı

🐣
Doğum — Gədəbəy
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Gədəbəy Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Novruz Cumalı oğlu Həsənov 1996-ci ilin 20 fevralında Gədəbəy rayonunda doğulub. Evin tək oğlu idi. Gənc yaşlarından idmana həvəsi var idi. 6 yaşından cüdo ilə məşğul olmağa başlayıb balaca Novruz. Bir çox yarışlara qatılıb 15-dən artıq medal və diplomlar qazanmışdı. Bakı Dövlət Universitetinin İqtisadiyyat və Humanitar Kollecini bitirib. 

Novruz Həsənov 29 senyyabrda könüllü olaraq Vətənin keşiyini çəkməyə yollanıb. İlk öncə Murovdağ uğrunda gedən döyüşlərdə iştirak edib. Daha sonra Füzulinin kəndlərinin alınmasında igidlik göstərib. Noyabrın 6-da Novruz Şuşaya yola düşüb. Əlbəyaxa döyüşlərdə 6 ermənini məhv edib, lakin ayağından və kürəyindən yaralanıb. Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərdə 9 noyabr tarixində şəhid olub. Şəhid Novruz Həsənov noyabrın 14-ü doğma Gədəbəyində dəfn edilib.

Ölümündən sonra Novruz Həsənov müvafiq Prezident Sərəmcamlarına əsasən «Vətən uğrunda», «Hərbi xidmətlərə görə», «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Novruz Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Yardımsevər, mehriban, yaxşı dost, vətənpərvər, igid, qorxmaz, gülərüz insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gədəbəy rayonu, İlham Əliyev adına 1 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Həsənov Cumalı Məsim oğlu Ana: Mustafayeva Sevinc Tahir qızı Bacı: Həsənova Gülnarə Cumalı qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər