Həsənov Nurlan Nadir
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Həsənov Nurlan Nadir

Ata adı: Nadir

🐣
Doğum — Şuşa
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Biləcəri Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nurlan Həsənov 1991-ci il mayın 19-da Şuşa şəhərində anadan olub. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Həsənovlar ailəsi Binəqədi rayonunda şəhərində yaşamağa başladılar. 1997-2008-ci illərdə Binəqədi rayonunda Şuşa şəhərinin 3 nömrəli tam orta məktəbində təhsil alıb. 2008-2012-ci illərdə isə Azərbaycan Texnologiya Universiteti (ATU) ali təhsil alıb. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı.
Nurlan Həsənov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edib. 2014-cü ildə öz istəyi ilə Azərbaycan Ordusu sıralarından tərxis olunub.

Azərbaycan Ordusunun leytenantı olan Nurlan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Həsənov oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Həsənov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, sadiq, şən insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şuşa rayonu 3 saylı orta məktəb
Ali Təhsil Gəncə Texnologiya Universiteti
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Həsənov Nadir İsa oğlu Ana: Həsənova Həqiqət Yelmar qızı Bacı: Həsənova Gülnar Nadir qızı Həyat yoldaşı: Həsənova Gülnarə Elxan qızı Oğlu: Həsənov Məhəmməd Nurlan oğlu Qızı: Həsənova Nurgül Nurlan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər