Həsənov Pərviz Fərmayıl
MAHHXHQ baş əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həsənov Pərviz Fərmayıl

Ata adı: Fərmayıl

🐣
Doğum — Samux Poylu kənd
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Samux Poylu kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ baş əsgər
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Pərviz Həsənov 1989-cu il dekabrın 8-də Samux rayonunun Poylu kəndində anadan olub. 1997-2008-ci illərdə Poylu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı.
Pərviz Həsənov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri olan Pərviz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Həsənov noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ata,anasına cox bağlı olub. Müharibə vaxtı dedim ki, oğluma ehtiyatlı ol, oda deyirdi ki, şəhid olanlar məndən artıqdı lazım gələrsə mən də vətənimiz Azərbaycan üçün şəhid olacam. Çox cəsur övlad olub. Yoldaşları onun şir ürəkli olduğunu deyirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Samux rayonu, Poylu kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Həsənov Fərmayıl Namaz oğlu Ana: Hüseynova Zərəfşan Musa qızı Həyat yoldaşı: Yusifova Şəfəq Vüqar qızı Qızı: Həsənova Səma Pərviz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər