Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Ata adı: Səfər
Qüdrət Həsənov 25 sentyabr 1995-ci ildə Sabirabad rayonunun Qardaşkənd kəndində anadan olub. 2002-ci ildə Sabirabad rayonu Rəsul Əhmədov adına Nəsimi kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2011-ci ildə həmin məktəbi bitirdikdən sonra Bakı İdarəetmə və Texnologiya Kollecinə daxil olub. 2014-ci ildə kolleci bitirib və həmin ildə də həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ildə ATEF şirkətlər qrupunda işləməyə başlayıb. Uşaq vaxtından idmana böyük marağı olub və karate idman növü ilə məşğul olub.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. Müharibənin 2-ci günündə döyüşlərə yollanan Qüdrətin ilk döyüş nöqtəsi Füzuli rayonu olub. Daha sonra Cəbrayıl rayonun alınmasında iştirak edən Qüdrət hər dəfə yeni rayonları azad etdikcə ailəsinə "Narahat olmayın hər şey yaxşıdır. Ordumuz dayanmadan irəli gedir" deyirdi. Zəngilanın azadlığı uğrunda döyüşlərə girməzdən qabaq həyat yoldaşına "Şəhid olsam Anam sənə əmanət" deyib döyüşlərə girmişdi və artıq Qubadlı rayonundan ailəsinə xoş xəbərlər göndərirdi. Oktyabrın 29-u Qubadlıdan son mesajını yazdı və həmin mesajdan sonra Qubadlının Ermənistanla sərhədindən düşmənin təxribat-kəşfiyyat qrupunun qarşısını almaq məqsədi ilə döyüşlərə girən Qüdrət çiynindən, birdə ürəyindən 2 güllə yarası alaraq Qəhrəmancasına şəhid olmuşdur. Qüdrətin ən böyük arzularından biri də, istəyirdi onu hamı tanısın. Müharibə müddətində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının alınmasında fəal iştirak etmişdir və şəhidlik zirvəsinə ucalmışdı. Doğulduğu kənddə dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qüdrət Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qüdrət Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qüdrət Həsənov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qüdrət Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qüdrət Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Uşaq yaşlarından idmana böyük maraq göstərib. Yarışlarda uğurlu nəticələr qazanıb, tərbiyəli əməksevər bir gənc olub. Daim böyük arzularla, qurub yaratmaq həvəsi ilə yaşayıb. Nizam-intizmı ilə seçilib.
Ata: Həsənov Səfər Bədəl oğlu Ana: Həsənova Şamama Əliağa qızı Qardaş: Həsənov Səməd Səfər oğlu Bacı: Həsənova Ruhiyyə Səfər qızı Həyat yoldaşı: Həsənova Ülkər Elçin qızı