Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Şiraslan
Həsənov Şamil Şiraslan oğlu 1988-ci il iyul ayının 18-də Beyləqan rayonu Kəbirli kəndində anadan olmuşdur. Şamil Həsənov orta təhsilini Beyləqan rayonu Eldar Əliyev adına Kəbirli kənd tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şamil Həsənov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şamil Həsənov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şamil Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, vətənpərvər, cəsur insan idi.
Ata: Həsənov Şiraslan Əli oğlu Ana: Həsənova Aybəniz Mürşüd qızı Qardaş: Həsənov Famil Şiraslan oğlu (İkinci Vətən Müharibəsi şəhidi ) Qardaş: Həsənov Amil Şiraslan oğlu Bacı: Hüseynova Günay Şiraslan qızı Həyat yoldaşı: Həsənova Aynur Valeh qızı Oğlu: Həsənli Kənan Şamil oğlu Oğlu: Həsənli Ömər Kamil oğlu