Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Elmar
Şəhid Səfər Elmar oğlu Həsənov 18 sentyabr 2001-ci ildə Neftçala rayonu Xıllı kəndində anadan olub. Vətən müharibəsinin iştirakçısı olan Səfər Həsənov otyabrın 17-də Suqovuşan istiqamətində 530 m yüksəklikdə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş, işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş şəhid Səfər Elmar oğlu Həsənov ölümündən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Sərəmcamına əsasən “Suqovuşanın azad olunmasına görə”, "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Səfər Elmar oğlu Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bacısı Həsənova Nərgiz Elmar qızı: “Səfər çox sakit, mülayim bir insan idi. O, nəinki mənə qardaş həmçinin dost idi. Həyatda ən çox güvənə biləcəyim, yanında özümü rahat hiss edə biləcəyim yeganə insan, yeganə qardaşım idi. Sadə və gözəl bir xasiyyətə sahib idi. Uşaqlar ilə deyib-gülən, böyüklər ilə isə hikmətli söhbət edən idi. Əsgər yoldaşlarının sözlərinə görə həmçinin qorxmaz, mərd, igid idi. Sərrast atıcılığı var idi, güclü snayper idi. Vətənə qarşı böyük sevgisi var idi. Qəlbi sevgi ilə dolu, hamı ilə mehriban ünsiyyət qurardı. Daima pozitiv idi. Məni hər zaman güldürən, əsla üzülməyə qoymayan, hər halım ilə maraqlanan qardaşım idi. Bəzən əsgərlik müddətində evə zəng edərkən belə hər zamanki kimi pozitiv danışardı. Orda əsgərlikdə olmaqla, döyüşdə iştirak etməklə belə xoşbəxt idi. Çünki vətəninə görə qulluq edirdi”.
Ata: Həsənov Elmar Səfər oğlu Ana: Həsənova Şəlalə Cabbar qızı Bacı: Həsənova Nərgiz Elmar qızı