Həsənov Səxavət Alim
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həsənov Səxavət Alim

Ata adı: Alim

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Laçın ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Səxavət Həsənov Alim oğlu 13 noyabr 1994-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra, müddətli hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini "N" saylı hərbi hava qüvvələrində nümünəvi əsgər kimi başa vurmuşdur. Uşaqlıqdan idmana böyük marağı olan Səxavətin, xidmətdə olduğu müddətdə daş qaldırma üzrə 1-ci yerə layiq görülərək, fəxri fərmanla təltif olunmuşdur. Səxavət Həsənov xidməti bitirdikdən sonra, müxtəlif yerlərdə, Gəncə Mallda mühafizəçi işləməyə başlamışdır.

Səxəvət Həsənov Alim oğlu 2020-ci ilin sentyabr ayında Gəncə şəhər Kəpəz rayon şöbəsinə könüllü olaraq müraciət edib və sentyabrın 23-də hərbi təlimlərə yollanıb. 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsinin başlamasıyla, Səxavət Həsənov ordu sıralarına qatılmışdır və müxtəlif istiqamətlərdə döyüşərək böyük şücaət göstərmişdir. Ən son 3 noyabr 2020-ci il tarixində Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin nəşi ailəsinə təhvil verilərək, Gəncə şəhər Şəhidlər xiyabanında böyük izdihamla dəfn edilmişdir. 15 dekabr 2020-ci il tarixində Səxavət Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Azərbaycan Prezidentinin Sərəncamlarına Əsasən “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalalrı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Səxavət Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Saf, mədəni, ağıllı, vətənpərvər, ailəsini sevən, mehriban insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri 39 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Həsənov Alim Şükür oğlu Ana: Həsənova Xatirə Zülfiqar qızı Bacı: Həsənova Aynurə Alim qızı Bacı: Quliyeva Aygün Alim qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər