Həsənov Tural Rauf
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həsənov Tural Rauf

Ata adı: Rauf

🐣
Doğum — Bakı Qaradağ rayonu, Sahil qəsəbəsi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Bakı Qaradağ rayonu, Ümid qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əslən Laçın rayonu Mişni kəndindən olan sakit təbiətli, mehriban, böyük-kiçik yeri bilən bu gənc oğlan hamının hörmətini qazanmışdı. Həsənov Tural Rauf oğlu 1997-ci il iyun ayının 15-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. 2003-cü ildən Qaradağ rayonunun Ümid qəsəbəsindəki 294 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2014-cü ildə həmin məktəbi bitirib və elə həmin il Lənkəran Dövlət Universitetinin İngilis dili (tərcüməçi) fakültəsinə qəbul olub. 2018-ci ildə həmin universitetdən məzun olmuşdur. 2018-ci il iyul ayı çağırışı ilə hərbi xidmətə getmiş, 2019-cu il iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. 2020-ci il sentyabr ayının 21-də Tural Səfərbərlik xidmətinin çağırışı ilə hərbi xidmətə getmişdir. 2020-ci il dekabr ayının 30-da Xocavənd yolunda xidməti maşınlarında minaya düşərək şəhid olmuşdur. Tural, Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunmuşdur.

Mişni kəndində adına küçə var.

Tural Həsənov 30 dekabr 2020-ci ildə Xocavənd rayonunda minaya düşərək şəhid olub. Şəhid 31 dekabr 2020-ci ildə Qaradağ rayonunun Ümid qəsəbəsində dəfn olunmuşdur.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Həsənov  "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl  rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Həsənov  "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tural Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, igid insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qaradağ rayonu, Ümid qəsəbəsi, 294 saylı orta məktəb
Ali Təhsil Lənkəran Dövlət Universitet
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Həsənov Rauf İdris oğlu Ana: Həsənova Xatirə Yusif qızı Qardaş: Həsənov Elçin Rauf oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər