Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Tapdıq
Tural Tapdıq oğlu Həsənov 16 iyul 1994-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Orta təhsilini Mingəçevir şəhər 10 N-li məktəbdə alıb. Daha sonra Turizm kollecində Bədən Tərbiyəsi ixtisası üzrə təhsil almışdır. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra qeyri-qida sektorunda çalışıb.
2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən hərbi vəzifəlilərin təlim toplantısına çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Tural Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Tərtər,Suqovuşan istiqamətlərində döyüşmüşdür. 2020-ci il 2 oktyabr tarixində, Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində şəhid olmuşdur. Nəşi dekabrın 9-da neytral zonadan çıxarılaraq ailəsinə təhvil verilib. Qardaşı Həsənov Musa Tapdıq oğlu da Vətən Müharibəsində şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunması uğrunda” və “Vətən uğrunda" medalları, III dərəcəli “Vətənəxidmətə görə” ordeni ilə təltif edilib.
Sakit, zəhmətkeş, qohumcanlı, dürüst insan idi.
Ata: Həsənov Tapdıq Həyat yoldaşı: Həsənova Rəbiyyə Eldar qızı Oğlu: Həsənli Tapdıq Tural oğlu Oğlu: Həsənli Hüseyn Tural oğlu Qardaşı: Həsənov Musa Tapdıq ( Vətən müharibəsi şəhidi)