Həsənov Vüsal Ariz
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həsənov Vüsal Ariz

Ata adı: Ariz

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Zeyvə kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vüsal Həsənov 3 iyul 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. 4-cü sinifdə təhsil alarkən atasını itirən Vüsal anasının himayəsində böyümüşdür. Səbail rayonu Badamdar qəsəbəsində 239 nömrəli tam orta məktəbdə orta təhsilini almışdır. 2015-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə qəbul olmuşdur. 2016-cı ilə qədər burada təhsil almışdır. Liseydə təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə yollanan Vüsal Həsənov 2018-ci ilin oktyabr ayında hərbi xidmətini başa vurmuşdur.

2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Vüsal Həsənov 21 sentyabr tarixində təlim toplantılarına çağırılmışdır. 28 sentyabra qədər Perekeşküldə yerləşən "N" saylı hərbi hissədə hərbi təlim toplantısını başa vurduqdan sonra müharibəyə göndərilmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Vüsal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Həsənov 7 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüsal Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sözübütöv, mərd, hamının işinə yarayan, əliaçıq, saf bir oğlan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tofiq Məmmədov adına 239 saylı orta məktəb
İş Yeri Yanacaqdoldurma məntəqəsi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Həsənova Mərifət Rizvan qızı Qardaş: Həsənov Nuran Ariz oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər