Həsənov Vüsal Bayram
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həsənov Vüsal Bayram

Ata adı: Bayram

🐣
Doğum — Göygöl
🕊️
Şəhadət — Xankəndi
📍
Dəfn Olunduğu Yer Göygöl Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vüsal Həsənov 17 mart 1986-cı ildə Göygöl rayonunda anadan olmuşdur. Atası — Həsənov Bayram Aloş oğlu Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Birinci Qarabağ müharibəsi şəhididir. 1992-2001-ci illərdə Göygöl şəhər 6 saylı tam orta məktəbdə təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. Ailəli idi, 2 övladı yadigar qaldı.

Vüsal Həsənov 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir.
2020-ci ilin sentyabrında Vətən müharibəsində iştirak üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Hərbi Komissarlığında qeydiyyatdan keçmiş və könüllü olaraq hərbi xidmətə çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Həsənov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Həsənov 8 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Xankəndi şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 16 noyabr 2020-ci ildə Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüsal Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.
 

Xatirələrdə Yaşayan Şəhid:

Həsənov Vüsal Bayram oğlu vətənini çox sevirdi. 1-ci Qarabağ müharibəsində zabit kimi döyüşərək Ağdam rayonu ətrafında gedən hərbi əməliyyatlardan birində 14.06.1993-cü ildə şəhid olan atası Həsənov Bayram Əloş oğlunun qisasını almaq arzusu ilə böyümüşdür. Müharibənin başladığı ilk günlərdən dəfələrlə Göygöl rayon Hərbi Komissarlığına döyüşlərdə iştirak etmək üçün müraciət etmiş və cəbhəyə yollanmışdır. Xocavənd, Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb : Göygöl şəhər 6 saylı tam orta məktəb
İş Yeri SOCAR
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Həsənova Aidə İsmayıl qızı Oğlu: Həsənov Bayram Vüsal oğlu Qızı: Həsənova Zəhra Vüsal qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər