Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əlixan
Səbuhi Həsənquliyev 11 aprel 2002-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olmuşdur. 2008-ci ildə Sumqayıt şəhər Cəbrayıl rayonu 5N-li məktəbində birinci sinifə başlayır. 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirərək peşə liseyinə daxil olur.
Azərbaycan Ordusunun əsgəri olan Səbuhi Həsənquliyev 2020-ci ildə peşə liseyini bitirdikdən sonra həmin ilin aprel ayında hərbi xidmətə yollanır. Vətən Müharibəsi zamanı xüsusi şücayət göstərmiş və gedən döyüşlər zamanı şəhid olmuşdur
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Həsənquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səbuhi Həsənquliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səbuhi Həsənquliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Həsənquliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səbuhi Həsənquliyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Gülərüz, qayğıkeş, mehriban, vətənpərvər, ailəcanlı bir insan idi.
Ata: Həsənquliyev Əlixan Arzu oğlu Ana: Həsənquliyeva Maisə İmanqulu qızı Qardaş: Həsənquliyev Nurlan Əlixan oğlu