Həsənzadə Əbülhəsən Mirzə
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həsənzadə Əbülhəsən Mirzə

Ata adı: Mirzə

🐣
Doğum — Lənkəran Havzava kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Lənkəran Havzava kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əbülhəsən Mirzə oğlu Həsənzadə 20 avqust 1997-ci ildə Lənkəran rayonunun Havzava kəndində anadan olub. 2 qardaş, 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq ilərini doğulduğu kənddə keçirib.

2003-cü ilin sentyabr ayında şəhid Aydın Əliyev adına Havzava kənd tam orta məktəbinin 1-ci sinfinə gedib və 2014-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Əbülhəsən həm də oxuduğu ərəfədə -2012 Lənkəran İslam Kollecinə (rəsmi mədrəsə) daxil olub və 2014-cü ildə kolleci başa vurub. 2015-ci ilin oktyabr ayında Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Tərtər rayonunun Qapanlı kəndində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Xidməti dövründə kəşfiyyatçı kimi Vətənə borcunu şərəflə yerinə yetirən Əbülhəsən həmin ildə baş verən "Aprel döyüşləri"nin iştirakçısı olub. Xidmətini 2017-ci ildə başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdıb. Bir müddət valideyinlərinin yanında qaldıqdan sonra isə Rusiyaya, əmisinin yanına işləməyə gedib.

2020-ci il sentyabr ayının 27-dən etibarən başlayan 44 günlük II Qarabağ müharibəsi zamanı Əbülhəsən həmin ayın 21-də Lənkəran şəhər Hərbi komissarlıq tərəfindən çağırılıb və təlimə göndərilib. Müharibənin ilk günündən böyük ruh yüksəkliyi ilə Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən şiddətli döyüşlərdə iştirak edən Əbülhəsən yüksək şücaət və qəhrəmanlıqlar göstərib. Daha sonra Şuşa istiqaməti uğrunda gedən qızğın döyüşlərdə iştirak edib, düşmənə sarsıdıcı zərbələr endirib və xeyli sayda canlı qüvvəsini məhv edib. Noyabr ayının 4-də Daşaltı istiqamətində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla adını qızıl hərflərlə tarixə yazan Əbülhəsən qəhrəmancasına şəhid olub. Şəhidin nəşi həmin ayın 6-da doğulub, boya-başa çatdığı Havzava kəndinə gətirilib və "Seyidlər" adlanan qəbiristanlığda böyük izdihamla dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əbülhəsən Həsənzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Əbülhəsən Həsənzadə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirib, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənib və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbülhəsən Həsənzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əbülhəsən Həsənzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbülhəsən Həsənzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əbülhəsən Həsənzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, döyüşkən, həmişə qabaqda gedən bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lənkəran şəhər, Havzava kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Həsənov Mirzə Həsən oğlu Ana: Həsənova Bağdagül Şahhüseyn qızı Qardaş: Həsənov Balahəsən Mirzə oğlu Bacı: Həsənzadə Leyla Mirzə qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər