Həsənzadə Famil Şiraslan
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Həsənzadə Famil Şiraslan

Ata adı: Şiraslan

🐣
Doğum — Beyləqan Kəbirli kəndi
🕊️
Şəhadət — Şuşa Sığnaq kəndi
📍
Dəfn Olunduğu Yer Beyləqan Kəbirli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Famil Həsənzadə 1994-cü il martın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. Beyləqan rayon Kəbirli kənd orta məktəbinin məzunudur.
Famil Həsənzadə 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ilin mart ayından eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət etməyə başlamışdır. Minaatan komandirləri kursunu bitirmişdir. "N" saylı hərbi hissənin minaatan taborunda minaatan komandiri vəzifəsində xidmət etmişdir.

Famil Həsənzadə 2020-ci ilin sentyabrın 25-də gizirlik kursunu bitirərək "gizir" rütbəsi almışdır.

Azərbaycan Ordusunun giziri olan Famil Həsənzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Famil Həsənzadə noyabrın 8-də Şuşa döyüşləri gedişatında Xocalı rayonunun Sığnaq kəndində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Həsənzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Həsənzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Famil Həsənzadə ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Səbirli, qayğıkeş, vətənpərvər, yardımsevər insan kimi xatırlanır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Beyləqan rayon, E.Əliyev adına Kəbirli kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Həsənov Şiraslan Əli oğlu Ana: Həsənova Aybəniz Mürşüd qızı Qardaş: Həsənov Şamil Şiraslan oğlu Qardaş: Həsənov Amil Şiraslan oğlu Bacı: Hüseynova Günay Şiraslan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər