Heydarov Əli Vaqif
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Heydarov Əli Vaqif

Ata adı: Vaqif

🐣
Doğum — Sədərək
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Pirşağı qəsəbəsi, Şuşa qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Heydarov Əli Vaqif oğlu 9 fevral 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur. 2008-ci ildə Binəqədi rayonu 135 nömrəli məktəbdə təhsil almağa başlayıb.
Əli Heydarov 7 may 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonu N saylı hərbi hissələrdən birində xidmətə başlamışdır.
Azərbaycan Ordusunun əsgəri olan Əli Heydarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Əli Heydarov 29 sentyabrda şəhid olmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Vaqif oğlu Heydarov "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Vaqif oğlu Heydarov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əli Vaqif oğlu Heydarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Həqiqi hərbi qulluqçu olduğu dövrdə onların bölüyü döyüşdə olmayıb, lakin Əli özü könüllü olaraq döyüşə qatılıb. Vətənpərvər insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Binəqədi rayonu, 135 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Heydarov Vaqif Vəli oğlu Ana: Heydarova Gülbəniz Kərim qızı Bacı: Heydarova Türkanə Vaqif qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər