Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: İlham
Ayxan Heydərli 1996-cı il dekabrın 26-da Beyləqan rayonunun Orta Əlinəzərli kəndində anadan olub. 2003-2014-cü illərdə K. Əliyev adına Orta Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb.
Ayxan Heydərli 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Ayxan Heydərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayxan Heydərli oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Heydərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Heydərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ayxan Heydərli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ayxan Heydərli ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Ayxan hələ uşaq vaxtından hərb sahəsinə çox meylli olub. Həmişə qohum uşaqlarını başına yığar, onlara hərbi-vətənpərvərlik ruhunda şeirlər əzbərlədər və mahnılar oxudardı. Sonuncu dəfə evimizə gələndə, məndən onunla birgə ailəmizin payına düşən çöl torpaq sahəsinə getməyimi xahiş etdi. Etiraz etmədim və onunla birgə əkin sahəmizə getdim. Bir az gəzdikdən sonra, yerimizin başındakı təpəlikdə dayandı və mənə dedi: “Ata, durduğumuz bu yerə bayrağımızı sancarsan!” Nə baş verdiyini anlamadım və düşünmədən ona öz etirazımı bildirdim. Mənim, buna razılıq vermədiyimi biləndə isə, o, təkrar dedi: “Ata, eybi yox, çox keçməz, mən özüm bu yerdə bayrağımızı sancaram! Qoy, bu bayraq mənim olmadığım zamanlarda burada daim dalğalansın!”. Mənə dediklərinə görə onu həmin gün çox danladım. Bu gün isə, onun söylədiyi sözlər hələ də fikrimdən çıxmır və məni rahat buraxmır. Ayxanla son danışığımız oktyabr ayının 5-i, günorta saatlarında olub. Hər şeyin yaxşı olduğunu, heç nədən narahat olmamağımızı bildirdi. Amma mən orada qızğın döyüşlərin getdiyini bilirdim. Elə həmin gün, bizimlə əlaqə saxlayandan bir az sona, döyüş meydanında, düşmənlə 40 metrlik məsafədə döyüşə-döyüşə, qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib! Yaxınlarda bir neçə döyüş yoldaşı bizdə qonaq oldu. Haqqında çox danışdılar, xatirələrini bizimlə bölüşdülər. Sonda onu da bildirdilər ki, Ayxanın şəhid olduğu yerdə onun şərəfinə xatirə bulağı inşa edəcəklər".
Ata: Umudov İlham Atalı oğlu Ana: Umudova Naibə Yunis qızı Qardaş: Heydərli Heydər İlham oğlu Bacı: Bağırzadə Günel İlham qızı