Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Şahin
Heydərov Ehtiram Şahin oğlu 05.03.2000-ci il taixdə Xaçmaz rayonu Uzunoba kəndində anadan olub.
04.10.2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkər edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Heydərov Ehtiram Şahin oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailə üzvülərinin və döyüş yoldaşlarının bildirdiklərinə görə, Ehtiram vətəninə bağlı bir insan olub. O fərqli idi, yoldaşlarından çox seçilirdi. Bizlər üçün qeyri adi olan bir şeylər onun üçün adi idi. Düşdüyü hər çətin vəziyyətdən bir çıxış yolu tapırdı. Ağıllı və zəkalı idi. Bir çox yoldaşları, dostları ondan məsləhət alırdı. Bəzilərindən iki-üç addım irəli düşünürdü həmişə. Dürüst uşaq olaraq böyümüşdü. Hər zaman inanırdı ki, torpaqlarımızı işğaldan azad edəcəyik.
Ata: Heydərov Şahin Şahtəmir oğlu Ana: Heydərova İlhamə Daşdəmir qızı Bacı: Heydərova Aytac Şahin qızı Bacı: Heydərova Xanım Şahin qızı Qardaş: Heydərov Nicat Şahin oğlu