Heydərov Şair Camaloviç
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Heydərov Şair Camaloviç

Ata adı: Camaloviç

🐣
Doğum — Qusar Mucuq kəndi
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Qusar Mucuq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şair Heydərov 4 sentyabr 1998-ci ildə Qusar rayonunun Mucuq kəndində anadan olmuşdur. Ailəli idi.
Şair Heydərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış və bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddəti tamam olduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Sonra isə yenidən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətinə davam etmişdir.

Şair Heydərov 23 mart 2022-ci ildən 31 may 2022-ci ilə qədər “Komando” Dağ Təlim Mərkəzində keçirilən 5-ci qəbul “Komando başlanğıc kursu”nu bitirmiş və “Komando başlanğıc döş nişanı”na layiq görülmüşdür. Həmin tarixdən Quru Qoşunlarının tərkibindəki Komando Briqadasında kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının "Komando" briqadasının hərbçisi kimi, kəşfiyyatçı və snayper vəzifəsində iştirak edən Şair Heydərov 13 sentyabr 2022-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Həmin ilin 16 sentyabr tarixində nəşi doğulduğu Qusar rayonunun Mucuq kəndində dəfn edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şair Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Heydərov Şair Camaloviç intizamlı, işgüzar, və vətənini çox sevən bir vətəndaş olub.Qusar rayon Mucuq kənd tam orta məktəbində oxuduğu müddətdə müəllim və şagird kollektivi arasında nəzakətli, bacarıqlı keyfiyyətləri ilə nüfuzu olmuşdur. Xidmət etdiyi bölmədə də özünü bacarıqlı bir əsgər
kimi göstərmişdir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qusar rayonu, Mucuq kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Heydərov Camal Qazixan oğlu Ana: Heydərova Yeganə Güləli qızı Həyat yoldaşı: Heydərova Zöhrə Elşadovna Qızı: Heydərova Yeganə Şair qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər