Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Tərlan
Emil Tərlan oğlu Hümbətov 30 oktyabr 1992-ci ildə Şirvan şəhərində anadan olub. 1999-cu ildə Şirvan şəhər 16 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2008-ci ildə orta təhsilini peşə təhsili ilə davam etdirib. 2010-cu ildə Şirvan Peşə liseyini bitirən Emil Hümbətov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, Daşkəsən rayonu N saylı hərbi hissədə xidmət edib
2012-ci ildə General-mayor Polad Həşimovun rəhbərliyi ilə hərbi xidmətini ləyaqətlə başa vurduqdan sonra bir müddət Şirvan şəhərində işləyib. 2016-cı ildə işləmək üçün Türkiyə Respublikasına gedən Emil 4 ildən sonra 2020-ci ildə Vətəninə, ailəsinin yanına qayıdıb. Məsuliyyətli, işgüzar, bacarıqlı olması sayəsində tezliklə Hacıqabul rayonu Atbulaq qəsəbəsində yerləşən MMC-də işə başlayıb. 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətndə baş verən şiddətli döyüşlərdə genaral-mayor Polad Həşimovun şəhid olması xəbərindən sarsılan Emil könüllü olaraq Vətəni qorumağa hazır olduğu haqqında Hərbi Komissarlığa müraciət edib. Sentyabrın 21-də Vətəni qorumaq üçün cəbhəyə yollanıb, topçu və manqa başçısı kimi xidmət göstərib. Vətən müharibəsinin 15-ci günündə, 11 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanacasına şəhid olub. Emil Hümbətov 12 oktyabr 2020-ci il tarixdə Şirvan şəhər Şəhidlər Xiyabanında izdihamla dəfn edilib. Ruhu göylərə, nəşi isə canı, qanı bahasına qoruduğu, uğrunda öldüyü Vətən torpağına qovuşub.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən Emil Hümbətov ölümündən sonra “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Emil Hümbətov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ciddi, tərbiyəli, ağıllı, valideynlərini, ailəsini sevən, böyüklərə hörmət edən, torpağını və xalqını çox sevən, qayğıkeş. vətənpərvər oğul idi.
Ata: Hümbətov Tərlan Sahib oğlu Ana: Hümbətova Sevinc Nurəddin qızı Bacı: Abbasova Aytac Tərlan qızı