Hümbətov Səfayət Ələddin
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hümbətov Səfayət Ələddin

Ata adı: Ələddin

🐣
Doğum — Bərdə Yeni Daşkənd kəndi
🕊️
Şəhadət — Goranboy Tap Qaraqoyunlu kəndi
📍
Dəfn Olunduğu Yer Bərdə Yeni Daşkənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Goranboy ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Səfayət Hümbətov 17 fevral 1987-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan оlmuşdur.

1994-cü ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində təhsil almağa başlamış, 2005-ci ildə orta məktəbi bitirmişdir.

2005-ci ildə Bərdə rayоn Hərbi Kоmisarlığı tərəfindən Milli Оrduya çağırılmış, 2007-ci ildə hərbi xidmətini başa vurmuşdur.

5 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçusu kimi xidmətə başlamışdır.

28 sentyabr 2020-ci ildə Vətən müharibəsi zamanı Tap Qaraqoyunlu istiqamətində şəhid olmuş, 29 sentyabr 2020-ci ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn оlunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 15 dekabr 2020-ci ildə əsgər Hümbətov Səfayət Ələddin oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hümbətov Səfayət Ələddin oğlu (ölümündən sonra) “Laçının azad olunmasına görə ” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Hümbətov Səfayət Ələddin oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənini sevən bir gənc olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bərdə rayon Yeni Daşkənd kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Hümbətov Ələddin Nağı oğlu Ana: Hümbətova Şövkət Aslan qızı Həyat yoldaşı: Mirzayi Aybəniz Samson qızı Oğlu: Hümbətov Hüseyn Səfayət oğlu Oğlu: Hümbətov İsmayıl Səfayət oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər