Hüseyinov Bəhruz Yavər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseyinov Bəhruz Yavər

Ata adı: Yavər

🐣
Doğum — Salyan Yolüstü kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Salyan Yolüstü kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Bəhruz Yavər oğlu Hüseynov 17 yanvar 1994-cü ildə Salyan rayonunun 1-ci varlı kəndində anadan olmuşdur. 2011-ci ildə Yolüstü kənd orta məktəbini bitirmiş və Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. 2015-ci ildə universiteti bitirdikdən sonra Bəhruz hərbi xidmətə başlamışdır. O, hərbi xidmətdə tank taborunda tuşlayıcı operator olmuşdur. 2016-cı ildə Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində tankçı olaraq ön cəbhə bölgəsinə göndərilmişdir. Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 19-da Xocavənd rayonu Düdükçü kəndi üzərindəki yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənin atdığı minaatan mərmisi nəticəsində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Hüseyinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Hüseyinov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli  rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin   Sərəncamına əsasən Bəhruz Hüseyinov ölümündən sonra "Füzulinin  azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl  rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin   Sərəncamına əsasən Bəhruz Hüseyinov ölümündən sonra "Cəbrayılın  azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin   Sərəncamına əsasən Bəhruz Hüseyinov ölümündən sonra "İgidliyə  görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Bəhruz Hüseyinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, mehriban, vətənpərvər bir insan kimi xatırlanır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Salyan rayon, Yolüstü kənd orta məktəb
Ali Təhsil Azərbaycan Texniki Universiteti
İş Yeri Neft Şirkəti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseynov Yavər Fərəhman oğlu Ana: Hüseynova Məsmə Həsənbala qızı Qardaş: Hüseynov Abbas Yavər oğlu Qardaş: Hüseynov Vüsal Yavər oğlu Bacı: Hüseynova Günel Yavər qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər