Hüseyinov Elbrus Laçın
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseyinov Elbrus Laçın

Ata adı: Laçın

🐣
Doğum — Şəmkir Çaparlı kəndi
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Şəmkir Çapırlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elbrus Hüseyinov 26 mart 1996-cı ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuşdur. 2003-cü ildə Suliddin Sadıqov adına Şəmkir rayon Çaparlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmiş və həmin ildə həqiqi hərbi xidmətə getmişdir. 2016-cı ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdur. 2016-cı il Aprel döyüşlərində, həmçinin Lələtəpə yüksəkliyinin azad edilməsində fəal iştirak etmişdir. 2020-ci ildə yenidən hərbiyə qayıtmış və MAHHXHQ kimi hərbi xidmətə davam etmişdir. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində də iştirak edərək fərqlənmişdir.
Elbrus Hüseyinov 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başladığı vaxtdan kəşfiyyat-diversiya qrupunda döyüşlərdə iştirak etmiş, 5 oktyabr  2020-ci il tarixdə Murovdağ istiqamətində qəhrəmancasına həlak olmuşdur. Şəhid Elbrus Hüseynovun nəşi şəhid olduqdan 74 gün sonra ailəsinə təhvil verilib.19 dekabr 2020-ci il tarixində Şəmkir rayon Çaparlı kənd qəbristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elbrus Hüseyinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elbrus Hüseyinov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elbrus Hüseyinov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Şəhid Elbrus Hüseynov Aprel və Tovuz döyüşlərinin iştirakçısı olub. O, yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz biri olub. Şəhid Elbrus Hüseynovun nəşi şəhid olduqdan 74 gün sonra ailəsinə təhvil verilib.

Anası Xanımzər Əhmədova: Elbrus Hüseyinov sonuncu dəfə 26 sentyabr 2020-ci ildə, saat 6-da ailəsi ilə vidalaşarkən, “Ana, ağlma. Bu gün mən və mənim kimi oğlanlar döyüşə getməsə 1993-cü ildə baş verən haqsızlıqlar təkrarlanar. Mən bu gün haqsızlıqların qisasını almağa gedirəm. Düşmənə yerini bildirmək vaxtıdır. Yəqin ki, qələbə mənə və mənim kimi minlərlə igidlərə qismətdir. Qismətdə nədirsə o da olacaq.”
Onun bəxtinə ana bətnində olandan şəhidlik zirvəsi yazılıbmış.
Elburus 7 yaşından idmanla məşğul olub. Bir neçə yarışda iştirak edib, diplom və medallarla təltif edilib. O şəhid olduğu günə qədər idmanla məşğul olub. Ailənin ikinci övladı olsa da, bacı və qardaşları onu özünə böyük qardaş kimi qəbul ediblər. Bu hörməti özü qazanmışdı. Həmyaşıdları arasında öz dostcanlılığına, etibarına, böyük-kiçik yeri bilməsinə görə fərqlənib. Məktəb illərində müəllimlər “Hansı peşəni seçəksinizsə, ona uyğun rəsmlər çəkin” deyəndə o müxtəlif silahları, hərbi texnikaları, tank və hərbi maşınları çəkirdi. Onun ən çox sevdiyi silah RPK idi. O uşaqlıqdan hərb sənətinə maraq göstərib, hərbçi olmağı əsl kişi sənəti hesab edirdi. O hərbçi olmaq, cəsurluğu, qəhrəmanlığı ilə tanınmaq istəyirdi. Məhz 44 günlük müharibə zamanı o qəhrəman kimi yadda qaldı.
Atası Laçın Heseynov Elburusun doğulduğu Çaparlı kəndinin girişində Şəhid Elburus Hüseyinov adına Şəhidlər parkı inşa etdirib. Parkda Çaparlı kəndinin 13 şəhid övladının və Elbrus Hüseyinovun abidəsi ucaldılıb. Eyni zamanda şəhidin atası Çaparlı kənd Suliddin Sadıqov adına 1 saylı məktəbin girişində Elbrus Hüseyinovun xatirə bulağı inşa etdirib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Suliddin Sadıqov adına 1 saylı tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseynov Laçın Dilənçi oğlu Ana: Əhmədova Xanımzər Bayram qızı Bacı: Hüseynova Turanə Laçın qızı Bacı: Hüseynova Ayşən Laçın qızı Qardaş: Hüseynov Elnur Laçın oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər