Hüseyinov Ələm Sərvər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseyinov Ələm Sərvər

Ata adı: Sərvər

🐣
Doğum — Saatlı Azadkənd kəndi
🕊️
Şəhadət — Qubadlı Göruş dağı
📍
Dəfn Olunduğu Yer Saatlı Azadkənd kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Hüseyinov Ələm Sərvər oğlu 03.01.1996-cı ildə Saatlı rayonu Azadxan kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Ələm Hüseyinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 31.10.2020-ci il tarixdə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Nəşi qarlı hava səbəbəindən uzun müddət tapıla bilməyib. 16 yanvar 2021-ci il tarixdə torpağa tapşırılıb.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafaiq sərəncamlarına əsasən Ələm Hüseyinov “Vətən uğrunda”, ”Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ələm Hüseyinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ələm sadə, zəhmətkeş, səmimi, gülərüz, mehriban bir insan olub. Ailəsinə bağlı, valideyinlərinə xüsusi hörmət və qayğı ilə yanaşmaqla seçilib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Saatlı rayonu, Azadkənd kənd tam orta məktəbi
İş Yeri Azərpambıq ASC
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseyinov Sərvər Qasım oğlu Ana: Hüseyinova Nəsibə Bəxtiyar qızı Qardaş: Hüseyinov Sədafər Sərvər oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər