Hüseyinov Əsgər Vaqif
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseyinov Əsgər Vaqif

Ata adı: Vaqif

🐣
Doğum — Balakən Kortala kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Balakən Kortala kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əsgər Hüseyinov 1998-ci il dekabrın 23-də tarixində Balakən rayonunun Kortala kəndində anadan olub. 2004-2012-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildən Zaqatala rayonunda Əliabad İslam Mədrəsəsində dini təhsil almağa başlayıb.
Əsgər Hüseyinov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əsgər Hüseyinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Hüseyinov oktyabrın 25-də Xocavənd döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseyinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseyinov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Əsgər Hüseyinov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Əsgər Hüseyinov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əsgər Hüseyinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailə üzvlərinin söylədiklərindən: "Əsgər hər kəslə yaxın münasibətlər qurardı, hər kəsin köməyinə çatardı. Böyük-kiçikli, hər kəsin sevimlisi idi. Evin tək oğlu idi. Hərbi xidmətə getmədən öncə, Vətənimizə, millətimizə qarşı olunan işgəncələrin, vəhşiliklərin, soyqırımların və Şəhid qardaşlarımızın qisasını alacağını, Vətən uğrunda, torpaq uğrunda Şəhid olacağını bildirirdi. Onun arzusu idi Şəhid olmaq..."

Əsgərin döyüş yoldaşı, qazi Asif Məmmədovun dediklərindən: "Döyüş gedirdi. Mən qolumdan və ayağımdan yaralandım. Əsgər məni belinə alıb, döyüş meydanından çıxarib qoydu. Ayağımı və qolumu sarıdı, yanıma isə qumbara qoyaraq, aşağıdakıları söylədi: "Mən gedirəm 6-7 erməni qalıb, onları öldürməyə. Gəlib səni aparacam. Sənin övladların var, qoymaram ki sən Şəhid olasan. Əgər gələ bilməsəm, erməninin gəldiyini görsən, qumbaranı partlat, düşmənə əsir düşmə." Asif Məmmədov daha sonra bildirir ki, Əsgər tək məni yox, onlarla digər yaralı döyüş yoldaşımızı da xilas edib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Q.Nağıyev adına Kortala kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseynov Vaqif Ana: Hüseynova Müslümət

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər