Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Cəmil
Eşqin Hüseyinov 1 oktyabr 2001-ci ildə Tovuz rayonunun Hunanlar kəndində anadan olub. 2007-2018-ci illərdə orta təhsil almışdır. Subay idi.
Eşqin Hüseyinov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətə başlamışdır.
Azərbaycan Ordusunun əsgəri olan Eşqin Hüseyinov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sıravi olaraq iştirak etmişdir. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Hüseyinov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətən müharibəsində iştirakına görə Eşqin Hüseyinov baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.Eşqin Hüseynov Vətən müharibəsi başa çatdıqdan sonra müddətli hərbi xidmətinə davam etmiş, müharibədə fərqləndiyinə görə medallarla təltif edilmişdir. 2021-ci ildə hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılaraq kursları fərqlənərək bitirmişdir. Kursları bitirdikdən sonra yenidən orduya qayıdan Eşqin Hüseyinov Xüsusi Təyinatlı Qüvvələrin Şuşada yerləşən "N" saylı hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət edirdi.
5 mart 2023-cü ildə səhər saatlarında qanunsuz erməni silahlı dəstələri Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat və şəxsi heyət daxil etməyə cəhd göstərmişdir. Azərbaycan Ordusu tərəfindən qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri saxlanılaraq yoxlanılıb. Nəticədə, qarşı tərəfdən atəş açılıb və baş vermiş atışmada hər iki tərəfdən həlak olan və yaralananlar olmuşdur. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan əsgər Eşqin Hüseyinov da baş verən atışmada qarşı tərəfdən açılan atəş nəticəsində şəhid olmuşdur. Eşqin Hüseyinovun nəşi evə gətirilmiş və 6 mart 2023-cü ildə doğulduğu Tovuz rayonunun Hunanlar kəndində dəfn olunmuşdur. Dəfn mərasimində hərbçinin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023 tarixli sərəncamına əsasın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu Eşqin Hüseyinov “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Eşqin Hüseyinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, mərd, yardımsevər, bacarıqlı, mehriban bir oğul idi.
Ata: Hüseynov Cəmil Mustafa oğlu Ana: Bayramova Elnarə Nuru qızı Qardaş: Bayramov Elçin Cəmil oğlu Bacı: Hüseynova Günay Cəmil qızı