Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Səadət
Ədalət Hüseynli 8 may 1992-ci ildə Cəlilabad rayonunun Fərəcullalı kəndində anadan olmuşdur. Orta təhsilini Cəlilabad rayon Cəngan kənd tam orta məktəbində almışdır.
2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Ədalət Hüseynli sentyabr ayında hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Ədalət Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlər zamanı 2 dəfə yaralanmış və xəstəxanaya yerləşdirilmiş, sağaldıqdan sonra yenidən döyüşə qayıtmışdır. 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş yoldaşını xilas edərkən ağır yaralanmışdır və xəstəxanaya yerləşdirilmişdir.
Ədalət Hüseynli 21 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada komadan ayıla bilməmiş və şəhid olmuşdur.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Ədalət Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Atanın dediklərindən ataya, anaya çox mehriban, qayğıkeş, vətənpərvər bir oğul idi. Dosta, yoldaşa qarşı diqqətli və hörmət edən olmuşdur. Əsgər yoldaşları hər zaman onun igidliyindən, mərdliyindən, vətənpərvər olduğundan danışırdır.
Ata: Hüseynov Səadət Əbil oğlu Ana: Hüseynova Mərizyyə Ələsgər qızı Qardaş: Hüseynov Sahib Səadət oğlu Qardaş: Hüseynov Rahib Səadət oğlu Qardaş: Hüseynov Camal Səadət oğlu Bacı: Əliyeva Hicran Səadət qızı