Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Azər
2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olmuşdur. Əkbər Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil almışdır. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirmişdir.
Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanmışdır.
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır. Döyüşün ilk günlərində Murov istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Döyüş zamanı qolundan yaralanmış, əsgər yoldaşlarının təkidinə baxmayaraq döyüşə davam etmişdir.
27 sentyabr tarixlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş yoldaşları ilə xeyli irəliəyərək düşmənin çox sayda hərbi qulluqçusunu məhv etmişdir. Murov zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamına Əsasən “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalalrı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Əkbər Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allaha inanan torpağını, vətənini çox sevən biri olub.
Ata: Hüseynov Azər Hüseynağa oğlu Ana: Hüseynova Ruhiyyə Mehman qızı Bacı: Hüseynli Zeynəb Azər qızı