Hüseynli Fariz Dadaş
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynli Fariz Dadaş

Ata adı: Dadaş

🐣
Doğum — Biləsuvar Əsgərabad kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Biləsuvar Əsgərabad kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fariz Hüseynli 10 noyabr 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. Əsgərabad kənd tam orta məktəbində orta təhsilini almışdır.

Ailəli idi, 2 övladı var.
Fariz Hüseynli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Tərtər rayonu Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş, 3 oktyabr 2020-ci il tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.

Şəhid Fariz Hüseynli 4 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əsgərabad kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycan Resıpublikasının Prezidentinin Sərəncamlarına əsasən Fariz Hüseynli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və ”Vətən uğrunda" medalları ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  hərbi qulluqçu  Fariz Hüseynli  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Fariz çox mehriban, qayğıkeş və ailəcanlı biri idi. Hamı ilə yaxşı yola gedər, heç kimin xətrinə dəyməzdi. Vətənpərvər, qorxmaz və mərd idi. Dostluqda sadiq, dost qədri bilən biri idi. Qohumluqda, qonşular arasında və oxuduğu məktəbdə çox böyük hörmət qazanmışdı

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəhid Saleh Babayev adına Əsgərabad kənd tam orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Dadaş Hüseynov Fəyyaz oğlu Ana: Nazqayıd Hüseynova Bayram qızı Qardaş: İmamverdi Hüseynli Dadaş oğlu Həyat yoldaşı: Fatimə İbrahimli İbrahim qızı Oğlu: Ülvi Hüseynli Fariz oğlu Qızı: Ülviyyə Hüseynli Fariz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər