Hüseynli İbrahim İsa
MAHHXHQ kiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynli İbrahim İsa

Ata adı: İsa

🐣
Doğum — Yevlax Qoyunbinəsi kəndi
🕊️
Şəhadət — Xocavənd Hadrut qəsəbəsi
📍
Dəfn Olunduğu Yer Yevlax Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ kiçik çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İbrahim Hüseynli 1992-ci il mayın 30-da Yevlax rayonunun Qoyunbinəsi kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan İbrahim Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Hüseynli oktyabrın 19-da Hadrut döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Hüseynli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İbrahim Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, yardımsevər, ailəcanlı insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qoyunbinəsi kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Hüseynli İsa Ərəc oğlu Ana: Hüseynova Emalə Nəsrulla qızı Bacı: Əliyeva Elnarə İsa qızı Bacı: Əvəzova Pərvanə İsa qızı Bacı: Hüseynli Gülnarə İsa qızı Həyat yoldaşı: Hüseynli Sulfanə Natiq qızı Oğlu: Hüseynli Əlituran İbrahim oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər