Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Şəmiyyət
İlqar Hüseynli 1976-cı il oktyabrın 6-da Xudat şəhərində anadan olub.
Azərbaycan Ordusunun baş giziri olan İlqar Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. İlqar Hüseynli sentyabrın 27-də Ağdərə istiqamətində şəhid olub. Xudat şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Hüseynli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Hüseynli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhidin həyat yoldaşının qeyd etdi ki, vətən müharibəsində düşmənə qarşı fədakarcasına döyüşərək böyük qələbənin qazanılmasındaa layiqincə vuruşan oğullardan biri də baş gizir İlqar Hüseynli olub. İlqar Hüseynli Vətən müharibəsində Suqovuşan uğrunda qəhrəmanlıqla döyüşüb. Piyadaların döyüş maşınının komandiri olub. İlqar yaralanan hərbçi yoldaşlarını döyüş meydanından çıxarma üçün irəli atılarkən düşmənin snayper gülləsinə tuş gəlib. 2020-ci il sentyabrın 27-də şəhidlik zirvəsinə ucalan İlqarın nəşini döyüş meydanından 10 gün sonra götürmək mümkün olub.
Ata: Hüseynli Şəmiyyət Abdulla oğlu Ana: Hüseynli Səməngül Şıxbala qızı Həyat yoldaşı: Hüseynli Vəfa Abdulkərim qızı Qızı: Hüseynli Leyla İlqar qızı Oğlu: Hüseynli Həsən İlqar oğlu Oğlu: Hüseynli Hüseyn İlqar oğlu Qardaş: Hüseynli Elnur Şəmiyyət oğlu Bacı: Hüseynli Aybəniz Şəmiyyət qızı Qardaş: Hüseynli Ceyhun Şəmiyyət qızı