Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Vaqif
Şahin Hüseynli 1995-ci il mayın 4-də Beyləqan şəhərində anadan olub. 2002-2013-cü illərdə Beyləqan şəhərində R. Abbasov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb.
Şahin Hüseynli 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahin Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Hüseynli sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Mehriban, ailəcanlı, vətənpərvər olduğu deyilir. Tank ekipajın üzvlərindən biri olmuşdur. Tank hərbi texnikanı məharətlə idarə etdiyi bildirilmişdir. Bu səbəbdən, “Ohanyan səddi” keçilməsində qəhrəmanlıq və şücaət göstərdiyi və qəhrəmancasına şəhid olduğu bildirilmişdir.
Ana: Hacıyeva Tərgül Balaca qızı Ata: Hüseynov Vaqif Sumay oğlu Qardaş: Hüseynli Babək Vaqif oğlu Qardaş: Hüseynli Pərviz Vaqif oğlu