Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Hüseyn
Anar Hüseynov 1982-ci il oktyabrın 8-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 1988-1999-cu illərdə Q. Rzayev adına Hacallı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı.
Anar Hüseynov 2000-2002-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Hüseynov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Əlibəyli kəndində anadan olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Anar Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, vətənpərvər, mərd oğul idi.
Ata: Hüseynov Hüseyn Əli oğlu Ana: Hüseynova Cəmilə Baba qızı Qardaş: Hüseynov Sahib Hüseyn oğlu Qardaş: Hüseynov Tahir Hüseyn oğlu Qardaş: Hüseynov Mahir Hüseyn oğlu Bacı: Hüseynova Tahirə Hüseyn qızı Bacı: Məmmədova Adilə Hüseyn qızı Bacı: Həsənova Südabə Hüseyn qızı Bacı: Hüseynova Şölə Hüseyn qızı Bacı: Hüseynova Sahibə Hüseyn qızı Bacı: Hüseynova Nüşabə Hüseyn qızı Həyat yoldaşı: Hüseynov Hicran Cəlal qızı Oğlu: Hüseynov Nurlan Anar oğlu Qızı: Hüseynova Nuray Anar qızı