Hüseynov Azər Mahal
Кiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynov Azər Mahal

Ata adı: Mahal

🐣
Doğum — Gədəbəy Gədəbəy rayonu Çobankənd
🕊️
Şəhadət — Tərtər Suqovuşan 11.12.2020
📍
Dəfn Olunduğu Yer Gədəbəy Gədəbəy rayon Novosaratovka kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Кiçik çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Tərtər ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Azər Mahal oğlu Hüseynov 1 avqust 1983-cü ildə Gədəbəyin Yenikənd kəndində anadan olub. 1990-2001-ci illərdə həmin kənddə orta təhsil alıb. 2001-2003-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.

Azər 2016-cı ildə yenidən ordu sıralarına qayıdır. Müddətdən artıq hərbi xidmətə başlayır. Kiçik çavuş rütbəsi alır.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Azər Mahal oğlu Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı dekabrın 11-dən 12-nə keçən gecə Hadrutda döyüş zamanı düşmən snayperi tərəfindən ürəyindən vurulur. Vətəni üçün, torpağı üçün qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Qəhrəman şəhidimiz 13 dekabrda doğulduğu kənddə dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda" və "Şuşanın azadlığına görə" medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Azər Hüseynov   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Xatirələrdə Yaşayan Şəhid:

Döyüşdə yaralılara köməklik göstərib və sonra özü şəhid olub.Gözəl xarakterli insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gədəbəy rayon Çobankəd Bilal Qəhrəmanov adına kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Atası: Hüseynov Mahal İsmayıl.20.12.1944.(Vəfat edib) Anası: Hüseynova Fatma Şərif.01.10.1963 Həyat yoldaşı: Hüseynova Ceyhunə Vuqar Oğlu: Hüseynov Səyad Azər.02.03.2015. Qızı: Hüseynli Fidan Azər.10.05.2009. Qızı: Hüseynli Aynişan Azər.05.08.2010.

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər