Hüseynov Cavad Cavid
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynov Cavad Cavid

Ata adı: Cavid

🐣
Doğum — Lerik Çayrud kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Sumqayıt Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cavad Cavid oğlu Hüseynov 1998-ci il 16 sentyabr Lerik rayonunun Çayrud kəndində anadan olub. 2016–2019-cu illərdə Lənkəran Dövlət Universitetində "Biznesin idarə edilməsi" fakültəsində oxuyub. Subay idi.

Cavad Hüseynov 2019-cu ildə Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınıb. Orada 3 ay müddətində xidmət etdikdən sonra Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Cavad Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsində savaşıb. Cavad Hüseynov oktyabrın 17-də Suqovuşan ərazisində gedən döyüşlərdə şəhid olub. 18 noyabrda Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavad Hüseynov "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavad Hüseynov "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavad Hüseynov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  hərbi qulluqçu Cavad Hüseynov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Yüksək əxlaqi keyfiyyətlərə malik, alicənab, mehriban, gülərüz, xoşrəftar, çalışqan, vətənpərvər bir gənc olub. Rəsmlər çəkir, şerlər yazarmış. Orta məktəbi müvəffəq qiymətlərlə başa vurur. Ali məktəbə qəbul olunur. Lənkəran Dövlət Universitetində təhsilinə ara verir. Hərbi xidmətə yollanır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sumqayıt şəhər, Mikayıl Müşfiq adına 34 saylı tam orta məktəb
Ali Təhsil Lənkəran Dövlət Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseynov Cavid Əmrəli oğlu Ana: Ağayeva Şəfiqə Xanibəg qızı Bacı: Hüseynova Aytac Cavid qızı Qardaş: Hüseynov Anar Cavid oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər