Hüseynov Əfsun Mətləb
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynov Əfsun Mətləb

Ata adı: Mətləb

🐣
Doğum — Sabirabad Yaxa-Beşdəli kəndi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Sabirabad Minbaşı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əfsun Hüseynov 23 iyun 1999-cu ildə Sabirabad rayonu Yaxabeşdəli kəndində anadan olub. 2006-2017-ci illərdə I Qarabağ Müharibəsi şəhidi Əlif Xanlarov adına tam orta məktəbdə orta təhsilini almışdır.
Əfsun Hüseynov 2017-ci ildə hərbi xidmətə yollanır və Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini başa vurur. Hərbi xidmətdə olarkən atası Hüseynov Mətləb Zöhrab oğlu dünyasını dəyişir. Şəhidin atası Mətləb Hüseynov I Qarabağ müharibəsi könüllülərindən olmuşdur.
Əfsun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsinə oktyabr ayının 1-də könüllü olaraq cəbhəyə yollanır. Füzulinin, Cəbrayılın, Qubadlının Xanlıq, Balasoltanlı kəndləri və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdə PK (kalaşnikov pulemyotu) silahından istifadə edib. Oktyabr ayının 21-də Qubadlı rayonunun Balasoltanlı kəndində gecə vaxtı düşmən pusqusuna düşür və şəhidlik zirvəsinə ucalır. Düşmən qüvvələrini zərərsizləşdirən əsgərlərimiz şəhidin nəşini 14 gün sonra döyüş meydanından çıxara bilir. Şəhid Əfsun Hüseynov 5 noyabr tarixində Sabirabad rayonun Qarağac kəndindəki Şəhidlər Xiyabanında dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfsun Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Əfsun Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfsun Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfsun Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  hərbi qulluqçu  Əfsun Hüseynov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Nümunəvi davranışı və son dərəcə gözəl əxlaqı ilə bütün uşaqlardan fərqlənib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sabirabad rayonu, Yaxa-Dəllək kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseynov Mətləb Zöhrab oğlu Ana: Hüseynova zülfiyyə Xanhüseyn qızı Bacı: Hüseynova Əfsanə Mətləb qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər