Hüseynov Əkbər Bahadur
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynov Əkbər Bahadur

Ata adı: Bahadur

🐣
Doğum — Bakı Bakıxanov qəsəbəsi
🕊️
Şəhadət — Tərtər Talış kənd
📍
Dəfn Olunduğu Yer Bakı Bakıxanov Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əkbər Hüseynov Bahadur oğlu 2001-ci il 11 iyul tarixində Bakı şəhərinin Sabunçu rayonunda anadan olub. 2007-2018-ci illərdə orta təhsilini Bakı şəhəri 252 nömrəli tam orta məktəbdə alıb. 2012-ci ildə 11 yaşından Kikboks idman növü ilə məşğul olmağa başlayıb.
2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. İlk Goranboy rayonunda daha sonra Mingəçevirdə hərbi hissədə xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Əkbər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə olub. Əkbər Hüseynov sentyabr 29-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sabunçu rayonu Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əkbər Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əkbər Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əkbər Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  hərbi qulluqçu Əkbər Hüseynov   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, igid, cəsur dost idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 252 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseynov Bahadur Əkbər oğlu Ana: Hüseynova Tahirə Elman qızı Bacı: Hüseynova Nərmin Bahadur qızı Qardaş: Hüseynov Elmin Bahadır oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər