Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Zamin
Elçin Hüseynov 1992-ci il sentyabrın 9-da Bakı şəhərində anadan olub. Orta təhsilinə 1999-cu ildə Sumqayıt şəhəri 9 saylı tam orta məktəbində başlayıb. 2012-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinin gömrük işi fakultəsini bitirib. Evin ilk oğlu idi. Subay idi.2012-ci ildə hərbi xidmətə yollanan Elçin 2014-cü ildə xidmətini başa vurub. Elə həmin ilin avqustunda Azərbaycan Silahlı Qüvvələrinin Bakı korpusunun,müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq snayper kəşfiyyat vəzifəsində xidmətə başlayıb.
Elçin 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq ön cəbhəyə yollanması barədə komnadanlığa müraciət edib. Komandanlıq onun müraciətini nəzərə alaraq onu "N" saylı hərbi hissəyə köçürür.
Elçin Hüseynov 2020-ci il sentyabrın Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan döyüşlərində döyüşərək, yaralanır. Yaralansada döyüşə davam etmiş,"Mübariz" postundan digər posta adlayarkən qəhrəmancasına şəhid olmuşdur.
17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elçin Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elçin Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mərd, cəsur, qoçaq insan olub..
Ata: Hüseynov Zamin Ana: Məhərrəmova Mətanət Tanrıverdi qızı Qardaşı: Hüseynzadə Natiq Zamin oğlu