Hüseynov Elmir Abdul
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynov Elmir Abdul

Ata adı: Abdul

🐣
Doğum — Salyan Qaraçala qəsəbəsi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Neftçala Qaraçala kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elmir Hüseynov 21 iyul 2003-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində Abdul Hüseynovun ailəsində anadan olmuşdur. 2009-2020-ci illərdə orta təhsil almışdır. Subay idi.
Elmir Hüseynov 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdı. Həmin ildən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində sıravi əsgər olaraq hərbi xidmət edirdi.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi kimi iştirak edən Elmir Hüseynov 15 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Nəşi evinə gətirilərək doğulduğu Salyan rayonunun Qaraçala qəsəbəsində dəfn edilmişdir. Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak etmişlər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elmir Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Salyan rayonu, Qaraçala kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseynov Abdul Şirəli oğlu Ana: Hüseynova Əfsanə Zakir qızı Qardaş: Hüseynov Şirəli Abdul oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər