Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Cəsarət
Eşqin Hüseynov 1998-ci ilin 20 yanvar günündə Tərtər rayonun Hüsənli kəndində anadan olub. 2004-2015 illərində Tərtər rayon İdris Hüseynov adına Hüsənli kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi.
Eşqin Hüseynov 2016-cı il oktyabr ayında Tərtər Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2018-ci ilin aprel ayında Hərbi xidməti müvəffəqiyətlə başa vurduqdan sonra bir neçə yerdə işləməyə başlayır. Hərbiyə olan marağına görə 2020-ci ildə 2 ay kurs keçdikdən sonra N saylı hərbi hissədə MAHHXHQ (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) rütbəsində xidmət etmişdir. Sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda orada da qəhrəmancasına vuruşmuşdur. Qızğın döyüşlər zamanı ön cəbhədə xidmət etmişdir. Eşqin Hüseynov Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə Artilleriya-topçu vəzifəsində iştirak etmişdir. 29 sentyabr tarixində son damla qanına qədər vuruşaraq başından aldığı güllə yarasından şəhid olmuşdur.
Eşqin Hüseynov yaşadığı Tərtər rayon Hüsənli kənd qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham ƏliyevinSərəncamına əsasən Eşqin Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham ƏliyevinSərəncamına əsasən Eşqin Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Eşqin Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Atasının dediyinə görə mehriban, səmimi, hami ilə ünsiyyət quran, vətənpərvər, cəsur biri idi.
Ata: Hüseynov Cəsarət Hüseyn oğlu Ana: Qələndərova İntizar Musa qızı Qardaş: Hüseynli Elçin Cəsarət oğlu Bacı: Hüseynova Lamiyə Cəsarət qızı