Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Nizami
Əzizağa Hüseynov 1 fevral 1999-cu ildə Ağsu rayonunun Bozavand kəndində dünyaya göz açmışdır. İlk təhsilini 2005-ci ildən Ağsu rayon Natiq Mirzəliyev adına Ağarx kənd tam orta məktəbində alan Əzizağa 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
Əzizağa Hüseynov 2017-ci ildə hərbi xidmətə yollanmış, Şəmkirdəki hərbi xidmət müddətini 2018-ci ildə başa vurmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Əzizağa Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əzizağa Hüseynov 16 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Vətəni, ailəsini sevən biri olub.
Ata: Hüseynov Nizami Gülhüseyn oğlu Ana: Hüseynova Səidə Ağasəf qızı Bacı: Alıyeva Həqiqət Nizami qızı