Hüseynov Fərid Yaşar
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynov Fərid Yaşar

Ata adı: Yaşar

🐣
Doğum — Sabirabad Məmişlər kəndi
🕊️
Şəhadət — Xocavənd Tuğ kəndi
📍
Dəfn Olunduğu Yer Sabirabad Qaralar kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fərid Hüseynov 17 iyun 1997-ci ildə Sabirabad rayonunun Məmişlər kəndində anadan olmuşdur.  Fərid Hüseynovun ailəsində 3 uşaq olub — özü və bacıları Günay və Aytən. 2004-cü ildə orta məktəbin birinci sinfinə daxil olmuşdur.

Orta məktəbi bitirdikdən sonra 2015-ci ilin iyulunda müddətli həqiqi hərbi xidmətə çağırılmış və 2016-cı ilin yanvarında hərbi xidmət müddətini başa vurmuşdur.

Fərid Hüseynov 21 sentyabr 2020-ci ildə Sabirabad Rayonu Hərbi Komissarlığı tərəfindən səfərbərliyə çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Fərid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fərid Hüseynov 31 oktyabr 2020-ci ildə Şuşa istiqamətində qarşı tərəfin artilleriyasından atılan atəş nəticəsində şəhid olmuşdur. Nəşi Sabirabad rayonunun Qaralar kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  hərbi qulluqçu Fərid Hüseynov   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, elini-obasını sevən qayğıkeş insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sabirabad rayonu, Qaralar kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseynov Yaşar Ağaməli oğlu Ana: Hüseynova Minə Ağakərim qızı Bacı: Hüseynova ( Həsənova ) Firuzə Yaşar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər