Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Baxış
Hüseynov Fərrux Baxış oğlu 25 aprel 1995-ci ildə Kürdəmirin Şilyan kəndində anadan olub.
2001-2012-ci illərdə Kürdəmir rayon Rüstəm Quliyev adına şəhər 5 saylı tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Heydər Əliyev adına Ali hərbi məktəbə daxil olub. 2016-cı ildə Ali hərbi məktəbi bitirib, tank bölüyünün komandiri kimi xidmətə başlayıb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Birinci dəfə, idarə etdiyi tankın vurulmasından sonra içəridə yaranan qatı tüstüdən boğulan 3 nəfərlik heyətdən yalnız özü sağ qalaraq təkrar döyüşlərə qayıdıb. Həkimin etirazına baxmayaraq yenidən döyüşlərə atılıb. İkinci dəfə 9 noyabr 2020-ci ildə yenidən tankı vurulur. Tankdan düşüb içərisindəki heyəti çıxarmağa çalışarkən ikinci dəfə atılan mərminin yanına düşməsi nəticəsində şəhid olub. Kürdəmir Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərrux Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərrux Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərrux Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərrux Hüseynov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Hüseynova Səhər: 2 övladımız vardı. Qızım və oğlum. Fərrux hərbçi ailəsində böyüyüb, ona görə də nizam-intizamlı, tərbiyəli, mülayim, məsuliyyətli uşaq idi. Əlaçı idi, səliqəli idi. Ali hərbi məktəbə qəbul oldu, oranı bitirib tankçı ixtisasını seçdi. Tovuzda işləyirdi. Nişanlamışdıq da onu. Mayda toy edəcəkdik, amma pandemiya səbəbindən təxirə saldıq. Avqustda Fərrux qəti qərar verdi ki, oktyabrın 18-də ailə içərisində toyu edək daha uzatmayaq. Müharibə başlayanda döyüşlərə qatıldı. Danışanda deyirdi ki, müharibə qurtaranda toyu edərik darıxmayın. İki dəfə yaralanmışdı. Amma həkimlərin etirazına baxmayaraq yenə də döyüşə geri qayıtmışdı. İkinci dəfə yaralananda tankı vurmuşdular, beyin travması keçirmişdi. Zərdaba gətirmişdilər. Oktyabrın 13-də getdik görüşdük. Qucaqladım, qoxladım Fərruxumu. Nə biləydim ki, son görüşümüzdü
Döyüş yoldaşı Elsevər Hümmətli: Fərruxun bölüyündə mexanik – sürücüyəm. Döyüş başlanan ilk gündən son günə qədər bir yerdə olmuşuq. Mən fəxr edirəm ki, elə ürəkli, cəsarətli bir komandirin bölüyündə olmuşam. O, həmişə şəxsi heyyətin qayğısına qalıb, onların vətənpərvərlik hisslərinin daim yüksək səviyyədə qalmasına səy göstərib. Komandirimiz Fərrux döyüşdə özünü bizdən qabağa atırdı. Həmişə deyirdi ki, birinci mən, sonra siz. Mən onun valideynlərinə təşəkkür edirəm ki, elə vətənpərvər, qayğıkeş, cəsur övlad böyüdüblər. Fərruxun Vətən eşqi, xidmətə ciddi münasibəti, yoldaşlığa sədaqəti, xüsusən də torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şücaəti dastana sığmaz. O bizim üçün ölməyib, yaşayır, həmişə də yaşayacaq!
Ata: Hüseynov Baxış Saytay oğlu Ana: Hüseynova Səhər Allahyar qızı Bacı: Hüseynova Ofelya Baxış qızı oğlu