Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Kərim
Şəhid Hüseynov Həci Kərim oğlu 12.06.1996-ci ildə Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Həci Hüseynov Oktyabrın 23-dən 24-nə keçən gecə maşınında əsgərləri apararkən düşmən öndəki maşının qabağına minamyot atıb və qəhrəmanımız əsgərlərə heçnə olmasın çox şəhid verməyək deyə maşının istiqamətini dəyişmək istəyəndə maşın dərədən aşıb və elə oradaca Şəhidlik zirvəsinə ucalıb.
Əsgər yoldaşları arasında həm “Canavar” həm də, Bigli Biruslu adını qazanmışdı, Hətta bir dəfə yaralanıb qosbitalda yatsa da, müalicəsi tam bitməmiş silah yoldaşının şəhid olduğunu eşidib, yenidən könüllü yazılaraq döyüşlərə qoşulmuşdu. Bütün döyüş bölgələrində iştirak etmişdi lakin Şuşadan başqa o Şuşaya həsrət qaldı. Şuşanı görmək istəyirdi, ancaq qismət olmadı. Füzulidə şəhid olan qəhrəmanımız 25.10.2020-ci ildə Xocasən qəsəbəsində dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid Həci Hüseynov “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Həci Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mülayim, şən, ürəyi yumşaq, vətənpərvər, cəsur bir insan olub.
Ata: Hüseyinov Kərim Hüseyinağa oğlu Ana: Hüseyinova Rəna Məmmədvəli qızı Qardaş: Hüseyinov Hüseyinağ Kərim oğlu