📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Yaşar
İlqar Hüseynov 2001-ci il yanvarın 17-də Qazax rayonunda anadan olub. 2008-2017-ci illərdə Qazax rayonunda Q.Hacımahmudova adına ümumi orta məktəbdə təhsil alıb. 2017-2020-ci illərdə Qazax Dövlət Sosial-İqtisadi Kollecində elektrik təchizatı ixtisası üzrə təhsilini davam etdirib. Subay idi.
İlqar Hüseynov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri İlqar Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə vuruşub. Sentyabrın 28-də Ağdam rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Qazax rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Hüseynov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu İlqar Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Anasının dedikləri: İlqarın şəhid olacağı elə bil ürəyimə dammışdı. Hələ kollecdə oxuyanda deyərdi, görərəsiz, mən əsgər gedəndə müharibə olacaq. Mən də müharibədə döyüşüb şəhid olacam. İlqar heç şəkil çəkdirməyi sevməzdi, amma əsgər getməzdən qabaq çoxlu şəkillər çəkdirdi.
Müəlliməsinin dedikləri: İlqar hər zaman deyirdi ki, mən hərbi xidmətə gedəcəm və elə bir zirvəyə ucalacam ki, siz tələbənizlə hər zaman fəxr edəcəksiz
Ata: Hüseynov Yaşar Hüseyinqulu oğlu Ana: Ağasultanova Nurcahan Seyidəli qızı Qardaş: Hüseynov Vüqar Yaşar oğlu Qardaş: Hüseynov Vüsal Yaşar oğlu